D.I.R Floortime
D: Developmet – inkişaf deməkdir və uşağın sosial-emosional inkişafına istinad edir.
I: Fərdi fərqlər - uşağın doğulduğu andan etibarən sahib olduğu fərdi fərqlərə istinad edir.
R: Əlaqəyönümlü yanaşma olduğunu bildirərək, sosial-emosional inkişafın yalnız valideyn-uşaq münasibəti ətrafında inkişaf edə biləcəyini ifadə edir.
‘D.I.R’ bu metodun nəzəriyyəsini ifadə etmək üçün, ‘floortime’ isə tətbiq hissəsini ifadə etmək üçün istifadə olunur.
Uşaq psixiatri Dr. Stanley Greenspanin “Yerdə Oyun” adlandırdığı D.I.R Floortime metodunun əsas məqsədi; valideynlərin uşaqlarının güclü tərəflərini tanıması və onlarla düzgün ünsiyyət qurması, həmçinin gündəlik həyatda qarşılaşdıqları məhdudiyyətlərlə başa çıxmaqda onlara kömək etməkdir. D.I.R Floortime, inkişaf ləngiməsi/təhlükəsi, Autizm riski/diaqnozu, Serebral Palsi, Epilepsiya və ya tipik inkişaf olan bütün yaş və xüsusi ehtiyac qruplarındakı uşaqları və onların ailələrini daxil edərək, uşaqların güclü tərəflərini vurğulamağı və uşağın uğurlu tərəflərinə diqqət yetirməyi hədəfləyir. Ailələr bu nəzəriyyənin əsasını təşkil edir.
İnkişaf Risklərini Ən Erkən Dövrdə Tanımaq!
-
Ünsiyyətə başlamaqda və ya davam etdirməkdə çətinlik
-
Göz əlaqəsi qurmaqda və davam etdirməkdə məhdudiyyət
-
Məhdud təqlid bacarıqları
-
Xəyali oyuna keçid edə bilməmə
-
Motor Stereotipik davranışlar (Əllərin və qolların sürətli silkələnməsi)
-
Təkrarlanan davranış nümunələri
-
Adı ilə çağırılanda dönməmə
Uşaq İnkişaf Mərkəzində Tətbiq Olunan Testlər
-
Denver II İnkişaf Skrininq Testi
-
Moxo Diqqət Testi
-
Burdon Diqqət Testi
-
Frankfurter Diqqət Testi
-
Proyektiv Qiymətləndirmə Testləri (İnsan Çəkmək, Ailə Çəkmək, Olmayan Heyvan Çəkmək, Ev Çəkmək, Ağac Çəkmək, Kaktus Çəkmək)
-
CARS (Uşaq Autizm Qiymətləndirmə Skalası)