Son yenilənib April 2, 2023

2 Aprel Autizm Fərqləndirmə Günü

Tərəfindən Zatay Medical
5 dəqiqə
2 Aprel Autizm Fərqləndirmə Günü

Autizm nədir?

Autizm; həyatın ilk illərində dil inkişafında gerilik, təqlid bacarıqlarında çatışmazlıq, ada dönməmə, göz əlaqəsi qurmama, təkrarlanan davranışlar kimi əlamətlərlə özünü göstərən nevroinkşaf pozğunluğudur. 2000-ci illərin əvvəlində hər 150 uşağdan biri autizm diaqnozu alarkən, bu gün bu rəqəm 68 uşağdan 1-ə yüksəlib.

Erkən Dövr Əlamətləri

Klinik müşahidələrimizə görə autizm erkən dövrdə (0-3 yaş) müxtəlif əlamətlərlə özünü bəlli edir. Erkən dövrdə özünü bəlli edən bu qrupa ən səhv yanaşma isə; valideynlərin uşaqlarının diaqnoz alması üçün 3 yaşına qədər gözlədilmələri və ya bu dövrdə uşaqlarına uyğun olmayan təhsil üsullarına yönləndirilmələridir.

Autizm və Oyun Terapiyası

Ölkəmizdə xüsusilə autizm üçün hazırlanmış hər hansı bir erkən müdaxilə üsulu olmasa da, autizmli uşaqlarda erkən təhsil diaqnozu ilə intensiv oyun terapiyasının sağalma prosesindəki əhəmiyyəti çox böyükdür. Çünki bu uşaqlarda gözə çarpan əlamətlər oyun proseslərində ortaya çıxır. Ailələr uşaqlarının yaşıdlarına, oyuncaqlara, oyuncaqların funksiyalarına maraqlarının olmadığını müşahidə edirlər. Bu vəziyyət pozulmuş oyun kimi qarşımıza çıxır:

  • Oyuncaqların detallarına maraq göstərmə (avtomobilin təkəri, topun etiketi)
  • Oyuncaqları əlində çevirmə
  • Oyuncaqları bir yerdə toplama və ya sıraya düzmə
  • Xəyali/simvolik oyun oynamama (fincanla içir kimi etməmə..) və s.

Autizm əlamətləri olan erkən dövrdəki uşaqların bu əlamətlərdən qurtulmaları üçün ilk növbədə oyun proseslərinin tənzimlənməsi lazımdır. Buna görə də ev daxili oyun mühiti, oyuncaq seçimləri və valideynlərin uşaqları ilə qurduqları oyun proseslərini yaxşılaşdırmaq vacibdir. Biz də Prof. Dr. Burak Tatlı Uşaq Nevrologiya Klinikasında NöroPLAY Metodu ilə autizmə erkən müdaxilənin qapısını açırıq.

Nə vaxt mütəxəssis köməyi almalı?

Əgər uşağınız 0-3 yaş aralığında olub aşağıdakı hallardan ən azı ikisini müşahidə edirsinizsə, mütləq klinikamıza müraciət edin:

  • Ada dönməmə
  • Qeyri-adi əl hərəkətləri etmə
  • Öz ətrafında fırlanma
  • Əşyaları məqsədi xaricində istifadə etmə
  • Göz əlaqəsi qurmaqdan çəkinmə
  • Yaşından gözlənilən sosial oyun bacarığını edə bilməmə

Autizmi fərq etmək qədər düzgün yanaşma ilə uşaqları həyata qatmaq da dəyərlidir. Gəlin birlikdə fərq etdiyimiz autizmi oyuna çevirək.

2 Aprel Dünya Autizm Fərqləndirmə Günü! Uşaqlara vaxtında çatmağınızda uğurlar arzulayırıq.

Bizimlə Əlaqə Saxlayın!

Gələcək üçün gec qalmayın.