Giriş
Yenidoğan konvulsiyası, postnatal 0-28 günlük körpələrin nevroloji xəstəliklərində ən çox rast gəlinən klinik əlamətdir. Yenidoğan tutmalarının 80%-i həyatın ilk 2 günündə yaranır. Yenidoğan dövründə görülən konvulsiyaların adətən ciddi xəstəliklərlə əlaqəli ola bilməsi və spesifik müalicə tələbi, tənəffüs-dövran bütövlüyünü pozabilməsi, nəzarət altına alına bilməyən tutmaların ciddi beyin zədəsi yaradaraq uzun müddətli proqnozunu mənfi təsir etməsi diaqnoz və müalicənin təcili olaraq aparılmasını məcburi edir.
Mündəricat
- Etiologiya
- Patofiziologiya
- Klinik Xüsusiyyətlər və Proqnoz
- Laboratoriya Xüsusiyyətləri
- Differensial Diaqnoz
- Müalicə
Etiologiya
Yenidoğan konvulsiyalarında etioloji diaqnoz, klinik xüsusiyyətlər və laboratoriya tapıntılarına əsaslanır. Etiologiyanın sıxlığı tutmaların başlanğıc vaxtına və körpələrin gestasiya yaşlarına görə dəyişiklik göstərir.
Hipoksik İskemik Ensefalopatiya (HİE)
Hipoksik iskemik ensefalopatiya, neonatal dövrdə ən çox rast gəlinən kəskin nevroloji pozğunluq və tutma səbəbi kimi tanınan klinik vəziyyətdir. Hazırda antenatal və neonatal qulluq sahəsindəki tərəqqiyə baxmayaraq, aşkar intrapartum asfiksiyadan sonra inkişaf edən kəskin neonatal ensefalopatiya bu körpələrdə hələ də ən mühüm kəskin və xroniki morbiditet və mortalitet səbəbi olmaqdadır.
İntrakranial Qanaxma
Yenidoğan konvulsiyalarının əhəmiyyətli bir səbəbini təşkil edir. Aparılan bir çox tədqiqatda intrakranial qanaxmanın halların 15-25%-də görüldüyü bildirilmişdir.
İntrakranial İnfeksiyalar
Bakterial və ya qeyri-bakterial intrakranial infeksiyalar, yenidoğan dövründə yaranan konvulsiyaların 5-10%-dən məsul tutulur.
Serebrovaskulyar Pozğunluqlar
İrəli görüntüləmə üsulları ilə göstərilə bilir. Konvulsiya səbəbi kimi 5-6% nisbətində müəyyən edilmişdir.
İnkişaf Serebral Anomaliyaları
Klinik əlamətlər zədələnmiş sahənin funksiyasından asılı olaraq dəyişkəndir. Epilepsiya, motor-mental gerilik və fokal nevroloji problemlər ən mühüm klinik əlamətlərdir.
Metabolik Pozğunluqlar
Bu ümumi kateqoriya daxilində xüsusilə qlükoza və serum elektrolit (natrium, kalsium, maqnezium) pozğunluqları yanında amin turşularının maddələr mübadiləsi pozğunluqları sayıla bilər.
Patofiziologiya
Yenidoğan konvulsiyaları uşaq yaşının digər konvulsiyalarından çox fərqli bir semioloji quruluş göstərir. Digər tərəfdən prematür körpələrin tutmalarının semioloji xüsusiyyətləri də tam müddətli körpələrdən olduqca fərqlidir.
Klinik Xüsusiyyətlər və Proqnoz
Yenidoğan tutmalarının təsnifatı:
- Subtl tutmalar
- Klonik tutmalar
- Tonik tutmalar
- Miyoklonik tutmalar
Laboratoriya Xüsusiyyətləri
Yenidoğan konvulsiyalarının diaqnozu çətin olmaqla birlikdə təcili müalicədən sonra etiologiyaya yönəlmiş tədqiqatların vaxt itirmədən başladılması lazımdır.
Differensial Diaqnoz
Yenidoğanın öz dövrünə aid bəzi reflekslər, titrəmə, çəkilmə, sıçrama və atetoz bənzəri hərəkətləri tez-tez konvulsiya ilə qarışa bilir.
Müalicə
Yenidoğan tutmalarında, ilk növbədə kifayət qədər ventilyasiya və qan qlükoza səviyyəsinin təmin edilməsi, konvulsiyanın təcili və effektiv müalicə ilə dayandırılması, təkrarının qarşısının alınması təmin edildikdən sonra əsas səbəbin müəyyən edilməsi və mümkünsə aradan qaldırılması müalicənin əsasını təşkil edir.
Müalicə Seçimləri
- Qlükoza
- Fenobarbital
- Fenitoin
- Benzodiazepinlər
- Lidokain
- Paraldehid
- Valproik turşu
- Kalsium və maqnezium
- Piridoksin
Müalicə Müddəti
Yenidoğan konvulsiyalarının müalicəsi ilə əlaqədar optimal müddət müəyyən edilməmiş, bu məsələdə spesifik prinsiplər yaradılmamışdır. Kəskin müalicədən sonra körpənin nevroloji müayinəsi, etioloji səbəblər və EEG qeydlərinə görə qərar verilməsi tövsiyə olunur.