Son yenilənib July 8, 2024

İlk 6 Ayda Qarın Üstü Vaxt Keçirmənin Əhəmiyyəti

Tərəfindən Zatay Medical
5 dəqiqə
İlk 6 Ayda Qarın Üstü Vaxt Keçirmənin Əhəmiyyəti

Bilirdinizmi? Körpələr hər gün ayıq olduqları zaman dilimində on min dəfə çəki dəyişdirmə edirlər. Bunun ən effektiv vəziyyəti də qarın üstü olduğu zamandır.

Körpənizlə xəstəxanadan evə gələn kimi qarın üstü oyun vaxtına başlaya bilərsiniz. Qarın üstü oyun vaxtı; körpələrin əsas motor və sensor inkişafı və dönüm nöqtələrinə çatması üçün lazımdır.

Qarın Üstü Vaxtın Faydaları

  • Baş və boyun nəzarətini inkişaf etdirməyə kömək edir
  • Bel, çiyin əzələləri ilə qarın bölgəsini gücləndirir
  • Körpənin başının müəyyən bir vəziyyətdə qalmasına bağlı düzləşməsini qarşısını alır
  • Motor və sensor inkişafını dəstəkləyir

Bu vəziyyətdə sərf edəcəyi səy ilə yuxuya düşməsi də asanlaşacaq. Körpələrin hər gün ayıq olduqları zaman dilimində nəzarət altında olacaq şəkildə qarın üstü vaxt keçirmələri üçün diqqət edin. Çünki bu körpə üçün ilk hərəkət təcrübəsi və məşqidir. Körpənin gündəlik rutininin bir hissəsi olana qədər gündə bir neçə dəfə bir neçə dəqiqə ilə başlayın.

Körpəni Gücləndirəcək Qarın Üstü Oyun Vaxtı Fəaliyyətləri

0-3 Aylıq Körpələr Üçün Fəaliyyətlər

Doğumdan 3 aya qədər körpəni qarın üstü oyun vaxtına alışdırmağa diqqət edin:

  • Dizə Yatırma: Körpəni istirahət edərkən və ya qaz çıxararkən üzü aşağıya baxacaq şəkildə dizinizə yatırın. Sakitləşməsinə kömək etmək üçün əlinizi körpənin poposuna qoyun.
  • Sinəyə Yatırma: Körpənizi, sizinlə üz-üzə olacaq şəkildə sinənizə və ya qarnınıza yerləşdirin.
  • Göz Səviyyəsinə Gəlmə: Körpənin səviyyəsinə enərək ya da onu daha yüksək bir yerə yerləşdirərək göz əlaqəsini təşviq edin.
  • Qarın Aşağı Daşıma: Bir əlinizi körpənin ayaqları arasından keçirərək qolunuzu qarın və sinəsinə yataq halına gətirin.

3-6 Aylıq Körpələr Üçün Fəaliyyətlər

3 aylıq olduğu zaman gündəlik cəmi bir saat qarın üstü iş vaxtı etməyə çalışın:

  • Körpəni sakitləşdirib rahatladacaq mahnılar oxuyun
  • Battaniyəni və ya əllərinizi istifadə edərək “ce-e-boo” oynayın
  • Cingiltilər və ya səs çıxaran digər oyuncaqları istifadə edin
  • Güzgü istifadə edin; körpələr üzləri sevir
  • Körpə şınavı edin: Əllərinizi körpənin sinəsinin və qarnının altına yerləşdirin

Atipik İnkişaf Eden Uşaqlarda Qarın Üstü Yatışın Əhəmiyyəti

Eynilə tipik inkişaf edən uşaqlarda olduğu kimi atipik inkişaf edən uşaqlarında da qarın üstü vaxt keçirməsi çox vacibdir. Motorik, sensor, emosional, kognitiv və incə motor bacarıqlarının da inkişafı qarın üstü keçirdiyi zaman ilə çox əlaqəlidir.

Faydaları:

  • Baş qaldırma və nəzarətli qala bilmə
  • Göz izləmə bacarıqlarının inkişafı
  • Əl-göz koordinasiyasının inkişafı
  • Çiyin qurşağının güclənməsi
  • Postur inkişafı

Vacib Qeyd: Qarın üstü vəziyyət çətin ola bilər, buna görə də uşağın yaşına və inkişaf səviyyəsinə uyğun dəstəklər istifadə edilməlidir.

Müəllif: Fzt. Funda Sünnetçioğlu

Əlaqəli Məqalələr

Blog Image

Sağlamlıq Bələdçisi

Ergoterapiya

Serebral Palsi

22.07.2024

Serebral Palsi və Ergonomiya

Blog Image

Sağlamlıq Bələdçisi

Uşaq Psixologiyası

29.07.2024

Uşaqlarda Zorakılıq Meyli

Blog Image

Sağlamlıq Bələdçisi

Uşaq İnkişafı

09.05.2023

Uşaqlarda Cinsi Təhsil Nədir?

Bizimlə Əlaqə Saxlayın!

Gələcək üçün gec qalmayın.